Kür çayında batanların meyitləri tapıldı

Nadir Hüseynov 17/06/2020

Kür çayının Tovuz rayonundan keçən hissəsində batan iki nəfərin meyiti tapılıb.


"Xəbərburo" "oxu.az"a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlu və 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlunun meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdıqları yerdən təxminən 20 kilometr aralıda tapılaraq sudan çıxarılıb.


Hər ikisinin nəşi aidiyyəti üzrə təhvil verilib.


İlhamə Əbülfət-16 iyun, 10:17


Kür çayının Tovuz rayonundan keçən hissəsində batan iki nəfərin kimliyi məlum olub.


onlar 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlu və 1974-cü il təvəllüdlü

Həsənov Namiq Əli oğludur.-15 iyun, 19:19


Kür çayının Tovuz rayonundan keçən hissəsində iki nəfər batıb.


Çayın rayonun Hümanlılar kənd ərazisindən keçən hissəsində iki nəfərin suda boğulduğu bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.


Hadisənin təfərrüatı araşdırılır.