KTMT-nin sərhəddəki qarşıdurmaya görə iclası təxirə düşüb

Togrul Quliyev 13/07/2020

KTMT Daimi Şurasının bu günə planlaşdırılan fövqəladə iclası qeyri-müəyyən vaxta qədər təxirə salınıb.


XəbərBuro Ordu.az-a istinadən xəbər verir ki, bu barədə KTMT-nin Mətbuat katibi Vladimir Zeynəddinov məlumat verib..

İclas tərəflər arasında konsultasiya aparılması, həmçinin müzakirə formatının dəqiqləşdirilməməsi ucbatından təxirə salınıb.
Zeynəddinov kimin təşəbbüsü ilə görüşün təxirə salındığını açıqlamayıb.
Qeyd edək ki, bu gün KTMT Baş katibi Stanislav Zas Azərbaycanla Ermənistan arasındakı gərginliklə əlaqədar KTMT-nin Daimi Şurasının iclasını çağırmışdı.