Kseniya Sobçak cərimə olunub

Məmmədzadə Zərintac 06/08/2020

Moskvanın Meşan Rayon Məhkəməsi televiziya aparıcısı Kseniya Sobçakı "Roskosmos"un baş direktorunun müşaviri İvan Safronova dəstək piketində ictimai tədbirin keçirilmə qaydalarının pozulmasında təqsirli bilərək 20 min rubl məbləğində cərimələyib. “XəbərBuro” xəbər verir ki, bununla bağlı “TASS”a məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.

"Məhkəmə Sobçakı ictimai tədbirin keçirilməsi qaydasının pozulmasında təqsirli bildi və 20 min rubl cərimə şəklində cəza təyin etdi", - məhkəmədə söyləyiblər.          

 İvan Safronovu Rusiya Cinayət Məcəlləsinin 275-ci (Dövlətə xəyanət) maddəsi ilə cinayət törətməkdə şübhəli olaraq FSB əməkdaşları  tutublar.

Onu 20 ilə qədər həbs cəzası gözləyir.