
Korotçenko: “Hadrutda təxribat törədən ermənilərə terrorçular kimi baxılmalıdır”
14/12/2020

Korotçenko: “Hadrutda təxribat törədən ermənilərə terrorçular kimi baxılmalıdır” Hadrutda təxribat törədən qeyri-qanuni erməni silahlı birləşmələrinə beynəlxalq terrorçular kimi baxılmalıdır.
APA xəbər verir ki, bunu Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko Teleqram səhifəsində yazıb. “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Beynəlxalq ictimaiyyət, eləcə də Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bunu Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bayan edib.
Meşələrdə gizlənib Hadrut rayonunda təxribat törədən qeyri-qanuni erməni silahlı birləşmələrinə bütün nəticələri ilə birlikdə beynəlxalq terrorçular kimi baxılmalıdır”, - deyə Korotçenko vurğulayıb.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
