Koronavirusu yüngül keçirən xəstələrin evdə müalicəsi haqqında hələ qərar yoxdur!

TƏBİB bildirib ki, yüngül koronaviruslu xəstələrin ev şəraitində müalicəsi məsələsiylə bağlı məlumat verib.
Hazırda ölkəmizdə COVID-19 testi təsdiqlənmiş simptomsuz və yüngül simptomlu xəstələrin müşahidəsi və müalicəsi xüsusi rejimli tibb müəssisələrində aparılır.
Virusa yoluxmanın sürətlənməsini nəzərə alaraq bu dəyişikliyin COVID-19 xəstələrinin müalicəsinə tətbiqi Nazilər Kabineti yanında Operativ Qərargah tərəfindən müzakirə edilir. COVID-19 xəstəliyini yüngül simptomla və ya simptomsuz keçirən şəxslərin ev şəraitində təcridi və müalicəsi haqqında qərar qəbul olunduğu halda ictimaiyyətə əlavə məlumat çatdırılacaq.
Belə ki, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə " Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarında dəyişiklik olub. Dəyişikliyə əsasən, hava-damcı yolu ilə yoluxmuş xəstələrlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydasında yeni qaydalar müəyyən edilib.
Qeyd edək ki, qərara edilən yeni dəyişikliyə görə, yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisələsindən kənarda müalicəsi mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən müəyyən edilmiş qaydalara riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində tibbi müşahidə aparılır.