Koronavirusla mübarizədə nümunəvi ölkə Sinqapur nəyi düz etmədi? - Vəziyyət gərginləşir

Esed Abasli 20/04/2020

Adı koronavirusla mübarizədə nümunəvi ölkə kimi hallanan Sinqapurda martın 17-dən etibarən başlayan xəstəliyin yayılma tempi artmağa başlayıb.
XƏBƏRBURO  xarici KİV-ə istinadən xəbər verir ki, bir ay əvvəl qeydə alınan 266 nəfər xəstə sayı artaraq 6588 nəfərə çatıb. Amerikanın CNN telekanalı karantin elan etmədən xüsusi təqib proqramı ilə koronavirusla mübarizədə uğur qazanan Sinqapurun sonradan bu mübarizəsində niyə gerilədiyini araşdırıb.
Araşdırmalardan sonra, dünya standartlarına uyğun səhiyyə sisteminə malik olan Sinqapurun bu xətasına səbəb kimi qələbəlik yataqxanalarda yaşayan miqrant işçilərin yoxlanılmaması, bir şəhərdə karantin və sosial məsafə məsələlərinin gözlənilməməsi göstərilib.
Sinqapur Universiteti Xəstəxanası İnfeksiyaya Nəzarət bölməsinin rəhbəri Deyl Fişer  bir məqaləsində yazıb ki: "Sinqapur, testləri pozitiv çıxanların xalqın arasına qarışmasına izin vermedi. Başda kiçik ada ölkəsi bu işi həll etmişdi".
Fişer sonrakı məqaləsində isə bunları qeyd edib: "Sinqapurda həyatın normala qayıtmasını istəyirik. Müəssisələrin, kilisələrin, restoranların açıq qalmasını istəyirik. Müvəffəqiyyət belə əldə edilər. Virusa qarşı hər hansı bir vaksin tapılana kimi belə davam edəcəyik".
Qeyd edək ki, Sinqapurda yalnız bu aydan etibarən məktəb və bəzi iş yerləri bağlanıb. Eyni zamanda nəzarətdən kənarda qalmış yataqxanalar nəzarətə götürülüb və miqrant işçilər testdən keçirilməyə başlanıb.
Əvvəllər diplomat olmuş  sinqapurlu vəkil  Tomi Koh da bu ay “facebook”da, yataqxanalarda vəziyyətlə bağlı bir açıqlama verib: “Yataqxanalar partlamağa hazır bir bomba idi". //xəbərburo