Koronavirusla bağlı Türkiyədə son vəziyyət

Məmmədzadə Zərintac 11/07/2020

Türkiyədə son sutkada daha 21 nəfər koronavirusdan ölüb.

"Xəbərburo" xəbər verir ki, bu haqda Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, son 24 saatda 48 813  test aparılıb, onlardan 1016-nın cavabı pozitiv çıxıb. Bu gün daha 1334 xəstə sağalıb.

Vurğulayaq ki, Türkiyədə indiyə kimi 211 981 nəfər yeni növ koronavirusa yoluxub, onlardan 5344 nəfər ölüb, 193 217 nəfər müalicə edilərək evə buraxılıb.