Koronavirusa yoluxanlardan ilk dəfə 645 nəfər sağalıb

Məmmədzadə Zərintac 18/07/2020

Bu gün ölkəmizdə daha 645 nəfər koronavirusdan sağalıb və 8 nəfər dünyasını dəyişib.

"Xəbərburo"  xəbər verir ki, bu haqda Operativ Qərargahdan məlumat daxil olub. Son sutkada  ölkədə daha 497 yeni yoluxma qeydə alınıb.

Hazırkı dövrədək ölkəmizdə 27 133 nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib. Onlardan 18 450 nəfər müalicə edilərək sağalıb, 349 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 334 nəfərdir.

Keçən müddət ərzində 619 min 786 test aparılıb. Bugünkü test sayı isə 9263-dür.