Koronavirusa inanmayanlar da cəzalandırılsın

Leyla Aliyeva 29/06/2020

Deputat Siyavuş Novruzov koronavirusa inanmayıb bu istiqamətdə təbliğat aparanlara qarşı da cəzalandırma prosesinin olmasını təklif edib. “Xəbərburo”nun verdiyi məlumata görə, S.Novruzov deyib ki, bu gün koronavirusa qarşı mübarizə milli təhlükəsizlik məsələsidir: “Hər bir ailə dövlətin əsasını təşkil edir. Kimlərinsə qanunu pozmasının, laqeyd yanaşmasından və təkəbbürü nəticəsində insanlar xəstələnir. Bu zaman biz cərimələri daha kəskin şəkildə sərtləşdirməliyik. Tək cəriməylə yox digər inzibati metodlarla da qarşısını almağa çalışmalıyıq. Sosial şəbəkələrdə həmçinin təxribat xarakterli fikirlər səslənir ki, pandemiya yoxdur. Bu şəxslərə qarşı da ciddi cəza tədbirləri görülməlidir”.