Koronavirus xəstəsi ictimai yerdə müəyyən olunaraq saxlanılıb

Həsənova Bənövşə 05/12/2020

Koronavirus xəstəsi ictimai yerdə müəyyən olunaraq saxlanılıb

Daxili işlər orqanları tərəfindən COVID-19 xəstələrinin özünütəcrid qaydalarına riayət etməsi ciddi nəzarətdə saxlanılır.

Bu barədə  "XəbərBüro" Report.az - a istinadən xəbər verir.

Lakin virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.

Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi olan 24 yaşlı Elçin Əmirxanov ictimai yerdə müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

E.Əmirxanov barəsində toplanan materiallar Səbail RPİ-nin İstintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.