"Koronavirus peyvəndi noyabrın 3-nə prezident seçkiləri gününə hazır ola bilər" - Tramp

Röya Vahabova 06/08/2020

ABŞ Prezidenti Donald Tramp bildirib ki, peyvənd prezident seçkilərindən əvvəl də hazır ola bilər. “Xəbərburo” “Reuters” agentliyinə istinadən bildirir ki, Tramp müvafiq bəyanatı radioefirdə verib.

Jurnalist Ceraldo Riveranın peyvəndin yaranma müddəti barədə sualına Tramp belə cavab verib: “İlin sonundan əvvəl, ola bilsin, daha əvvəl".

Radio aparıcısı bunun noyabrın 3-dən tez baş verib-verməyəcini də soruşub. "Hesab edirəm ki, bəzi hallarda bu, daha əvvəl mümkündür, lakin təxminən bu vaxt", - deyə amerikalı lider bildirib.