Koronavirus mövsümi xəstəliyə çevrilə bilər

Məmmədzadə Zərintac 18/09/2020


COVİD-19 insan populyasiyasına uyğunlaşa bilib və  mövsümi infeksiyaya çevrilməsi mümkündür.

"XəbərBuro" xəbər verir ki, bu haqda “Rospotrebnadzor”un (Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) Mətbuat Xidmətindən məlumat yayılıb.

Dünyada pandemiyadan ölüm nisbəti 7,2 faizdən 3,2 faizə qədər azalıb:

“Ölüm səviyyəsinin qlobal miqyasda azalması, yalnız müalicə üsullarındakı irəliləyişi deyil, həm də virulent xüsusiyyətlərin mümkün zəifləməsini də əks etdirə bilər”.

Mütəxəssislərin zənnincə, bu proses virusun insanlara uyğunlaşmasının davam edəcəyini göstərir. Bu da yeni tip koronovirusun mövsümi KRVİ patogenlərinin strukturuna inteqrasiyasına səbəb ola bilər.