Könüllü hərbi xidmətə getmək istəyənlər arasında xanımlar da var

Svetlana Mirzəyeva 16/07/2020

Azərbaycan Silahlı Qüvvələrinə könüllü hərbi xidmətə getmək istəyənlər sırasında xanımlar da var.

 "XəbərBuro"-nun "XeberOxu.Az"-a istinadən verdiyi məlumata görə,  bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov deyib.

Onun sözlərinə görə, hazırda qeydiyyat üçün xidmətin aidiyyəti şöbə və bölmələrinə müraciətlər daxil olmaqdadır: "Bu gün 4 mindən artıq şəxslər müraciət ediblər. Onların içərisində xanımlar da var. Ümumi müraciət edənlərin yaş həddi müxtəlifdir".