Konor Həbib Nurməhəmmədovun atasının ölümündən yazdı
Leyla Aliyeva 03/07/2020

İrlandiyalı döyüşçü Konor Makqreqor UFC çempionu Həbibin atası Abdulmanap Nurməhəmmədovun ölümündən yazıb.
"Xəbərburo” xəbər verir ki, Konor 57 yaşında vəfat edən məşqçi ilə bağlı yazıb:
“Atanın, məşqçinin və idmana sadiq insanın itkisi... Nur içində yat, Abdulmanap Nurməhəmmədov”.
Xatırladaq ki, koronavirusa yoluxan və bu gün vəfat edən A.Nurməhəmmədov son həftələr Moskvada reanimasiyada olub.