Kiyevdə metro və ictimai nəqliyyat pulsuz olub

Mükafat İsazadə 24/02/2022

Kiyev metrosunda sərnişinlərin pulsuz daşınmasına başlanılıb.

“XəbərBüro " UNİAN-a istinadən xəbər verir ki, bu barədə metropolitenin tviter səhifəsində paylaşım edilib.

Metronun adi rejimdə fəaliyyət göstərdiyi bildirilir.

Bundan başqa, Kiyevdə ictimai nəqliyyatda gediş-gəliş pulsuzdur.