KİV əməkdaşları da icazə ilə işə gedəcək

Məmmədzadə Zərintac 19/06/2020

Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov kütləvi informasiya vasitələrində işləyənlərin qeydiyyatı barədə məsələyə aydınlıq gətirib.
"Xəbərburo" xəbər verir ki, NK rəsmisi bu haqda  sosial şəbəkədə ona ünvanlanan sualları cavablandırıb. O deyib ki, KİV nümayəndələri də “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir.
Bildirək ki, 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində icazə.e-gov.az portalında qeydiyyatdan keçməklə fəaliyyətinə icazə verilən sahələr məlum olub.