"Keşlə” heyətini yeni futbolçu ilə gücləndirib.

Leyla Aliyeva 07/08/2020

"XəbərBuro" xəbər verir ki, paytaxt klubu ukraynalı futbolçu Dmitro Klots ilə müqavilə imzalayıb.

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər bu komandanın şərəfini qoruyacaq.

Klots karyerası ərzində yalnız Ukraynanın “Karpatı” klubunda çıxış edib. O, 5 il ərzində Ukrayna Premyer Liqası çərçivəsində 106 oyun keçirib və 1 qol vurub.