
Kərim Vəliyev Hulusi Akarla görüşdü.
13/09/2021

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev sentyabrın 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb.
“XəbərBüro” xəbər verir ki, görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
Related Articles




2022-07-30 17:00:10
Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



2022-05-29 16:29:36
“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







2022-03-07 14:49:20
Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




2022-02-25 23:32:11
Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

2022-02-25 22:47:27
Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

2022-02-24 10:39:06
Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
