"Kaspi" qəzetinin fəaliyyətinin dayandırılmasına dair məlumat yayılıb

Məmmədzadə Zərintac 03/09/2020

"Kaspi" qəzetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar məlumat yayılıb. "XəbərBuro" xəbər verir ki, bu haqda Unikal.org saytı yazıb.

Açıqlamasında qəzetin baş redaktoru İlham Quliyev söyləyib ki, "Kaspi" qəzeti sadəcə, gündəlik yayımını dayandırıb. 

Qəzet sentyabrdan başlayaraq həftədə bir dəfə işıq üzü görəcək. O vurğulayıb ki, daha çox "Kaspi"nin elektron versiyasına diqqət yönəcələk.

"Kaspi" qəzetinin təsisçisi Sona Vəliyevadır.