Karantinin bitməsi ilə bağlı keçirdikləri "party" başlarına bəla oldu
Nadir Hüseynov 17/06/2020
Karantinin bitməsi ilə əlaqədar təşkil olunan "party" dostlara baha başa gəlib. Belə ki, onlar koronavirusa yoluxublar və bundan sonrakı günlərini yenidən karantində keçirmək məcburiyyətində qalıblar.
"Xəbərburo" "Daily Mail"ə istinadən verdiyi məlumata görə, hadisə ABŞ-ın Florida ştatında baş verib.
Tədbirdə ümumilikdə 16 dost olub. Onlar nə maskadan istifadə ediblər, nə də sosial məsafəyə riayət ediblər. Nəticədə, hamısı COVID-19-a yoluxub.
Dostların yığışdığı pivəxana isə dezinfeksiya məqsədilə müvəqqəti olaraq bağlanıb. Hazırda rəhbərlik işçiləri testdən keçirir. Nəticələr onlarda da müsbət çıxsa, müəssisə uzun müddət qapalı olacaq