Karantin rejiminin 60 gün uzadılması hələ dəqiq deyil

Məmmədzadə Zərintac 10/07/2020

“Karantin rejiminin daha 60 gün uzadılması hələ ki, şayiə xarakteri daşıyır”.

“Xəbərburo” xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün baş tutan brifinqdə söyləyib.

O deyib ki, dövlətlə vətəndaşlar arasında şəffaf dialoq var: “Qərarlar öncədən vətəndaşlara bildirilir. Hər birimizin istəyi odur ki, karantin rejimindən tez çıxaq”.