Karantin onların da evliliyini bitirdi

Fəxriyyə Qüdrətli 19/06/2020

Dünyaca məşhur müğənni-aktrisa Kelli Klarkson yeddi illik prodüser əri Brandon Blekstokla boşanır.

"XəbərBuro" “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb karantin dövründə cütlüyün münasibətlərinin korlanması olub.

Qərb KİV yazır ki, əslində cütlük son altı aydır bir-biri ilə tez-tez mübahisə edir, əksər vaxtlarda ayrı evlərdə yaşayır. Lakin küçəyə çıxma qadağasına görə bir arada yaşamağa məcbur olan iki tanınmış şəxs baş verənlərdən sonra ayrılmaq qərarına gəlib.