Kamran Ağayevin topuğunda şiş aşkarlanıb.

Esed Abasli 16/12/2021

"Səbail" komandasının qapıçısı Kamran Ağayev "Sabah"a qarşı Premyer Liqanın XIV tur oyununu buraxacaq.

Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 35 yaşlı qolkiper zədə səbəbindən meydana çıxa bilməyəcək.

Təcrübəli oyunçunun topuğunda şiş aşkarlanıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.

Qeyd edək ki, qarşılaşma saat 16:30-da başlayacaq. Kamran Ağayev 2020-ci ilin avqustunda "dənizçilər"lə müqavilə imzalayıb.