Kafe ve restoranlar fəaliyyətə başlayıb
18/08/2020

Bu gün səhər saat 09-dan etibarən Azərbaycanda karantin qaydaları çərçivəsində kafe və restoranların fəaliyyətinə icazə verilib.
"XəbərBuro" xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşı bu gün paytaxtın mərkəzində yerləşən iaşə obyektlərindən və şəhərin ictimai yerlərindən foto-reportaj hazırlayıb. Yumşalmanın ilk günündə sıxlıq müşahidə olunub.
Qeyd edək ki, kafe-restoranlar saat 22-dək fəaliyyət göstərə bilər.