Kafe sahibi 1500 və müştərilər 100 manat cərimələnib

Məmmədzadə Zərintac 04/07/2020

İyulun 4-də Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları  keçirdikləri tədbir nəticəsində Pirşağı qəsəbəsində olan “Balıq evi” kafesinin karantin qaydalarına zidd fəaliyyət göstərdiyi aşkarlanıb.

 "Qafqazinfo"ya əsasən "Xəbərburo" xəbər verir ki, DİN-dən gələn məlumata görə, polislər  obyekt sahibi Mehdi Əliyev və orada olan 7 nəfər müştərini saxlayıb və polis bölməsinə gətiriblər. Bölmədə obyekt sahibi və müştəriləri polislər  tibbi maskalarla təmin ediblər.

Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1500 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.