Kabildə güclü partlayış oldu

Esed Abasli 10/12/2021

Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərb hissəsində güclü partlayış baş verib.

“XəbərBüro” “Aamaj News” agentliyinə istinadən xəbər verir ki, ilkin məlumata görə, Kabilin qərbində mikroavtobus partladılıb.

Hadisənin detalları, eləcə də ölən və yaralılar barədə hələ ki, məlumat yoxdur.

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı hadisə barədə açıqlama verməyib.