Jurnalistlər parlament binasına noutbukla daxil ola biləcəklər
18/06/2020
Jurnalistlər Milli Məclisin iyunun 19-da keçiriləcək plenar iclasında iştirak edəcək.
"Xəbərburo" xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Jurnalistlərdən koronavirusa görə sabah parlamentdə olarkən xüsusilə ehtiyatla işləmək xahiş edilir:
"Milli Məclisə daxil olarkən KİV və media üçün ayrılmış zonada çalışarkən fiziki məsafə gözləməniz, tibbi maska və əlcəkdən istifadə etməyiniz vacibdir.
Hər birinizin plenar iclasa noutbukla gəlməyiniz mümkündür".