İtkin düşən ABŞ hərbçiləri ölmüş elan olunub

Məmmədzadə Zərintac 02/08/2020

Kaliforniya sahillərində hərbi təlim zamanı itkin düşən ABŞ-ın səkkiz hərbi qulluqçusu ölmüş elan edilib.

"XəbərBuro" xəbər verir ki, Komandanlıq
 40 saatlıq genişmiqyaslı əməliyyatdan sonra axtarışları dayandırmağı qərara alıb.

 Kaliforniya sahillərində hərbi təlim zamanı qəza baş verib, bir ABŞ hərbçisi həlak olub və daha səkkizi itkin düşüb.