İtaliyaya məxsus təyyarə Kabildə atəşə tutuldu.

Aynur 26/08/2021

Kabil hava limanında jurnalistləri və mülki vətəndaşları təxliyə edən İtaliyaya məxsus C-130J hərbi təyyarəsi havaya qalxarkən atəşə tutulub.

Bu barədə ANSA agentliyi məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində xəsarət alan yoxdur.

"La Stampa” qəzeti təyyarənin göyərtəsində jurnalistlər və 98 Əfqanıstan vətəndaşı olduğunu qeyd edib.