İstanbulda sunami xəbərdarlığı

Esed Abasli 19/02/2021

Türkiyədə gözlənilən zəlzələ sunamiyə səbəb ola bilər.

“Hürriyet” xəbər verir ki, bunu İstanbul Böyükşəhər Bələdiyyəsinin Zəlzələ Riskinin İdarəedilməsi və Şəhərsalma şöbəsinin müdiri Tayfun Qəhrəman deyib.

Onun sözlərinə görə, əsas prioritet dağılma riski olan binaları müəyyənləşdirərək insan itkisini azaltmaqdır. Daha sonra mövcud infrastruktur və nəqliyyat şəbəkəsi fəlakətlərə davamlı edilməli, xüsusilə İstanbulda magistral yollar, körpülər fəlakətlərə hazır olmalıdır:

“Sunaminin olması bu günə qədər Türkiyədə real deyildi. Ancaq İzmir zəlzələsi bizə sunamini xatırlatdı, İstanbul üçün də bu gerçəklikdir”. O qeyd edib ki, İstanbulun 17 rayonu sunamidan təsirlənə bilər.