İsraillə BƏƏ arasında münasibətlər normallaşır

Röya Vahabova 13/08/2020

İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) münasibətlərin tam normallaşdırılması barədə razılığa gəliblər. “Xəbərburo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Prezident Donald Trampın tvitterdə yerləşdirdiyi ABŞ-la birgə üçtərəfli bəyanatda deyilir.

“Prezident Donald Tramp, İsrailin Baş Naziri Benyamin Netanyahu və Əbu-Dabi Əmirliyinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı bu gün danışdılar və İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin tam normallaşdırılması barədə razılığa gəldilər”, - sənəddə deyilir.

ABŞ-la birgə üçtərəfli bəyanatda qeyd olunur ki, İsrail və BƏƏ İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq haqda razılığa gəliblər.

“Tərəflər İsrail-Fələstin münaqişəsinin ədalətli, hərtərəfli və möhkəm həllinə nail olmaq üçün səylərini davam etdirəcəklər”, - deyə bəyanatda bildirilir.