İsraildə peyvənd olunanlara barda pulsuz içki verilir

Mükafat İsazadə 21/02/2021

Tel-Əvivdəki “Jenia” barında maraqlı aksiyaya start verilib.

 "XəbərBüro" “Daily Star”a istinadən xəbər verir ki,  bardakı tibb məntəqəsində koronavirus peyvəndi vurduran ziyarətçilərə pulsuz içki təqdim edilir.

Qeyd olunur ki, fevralın 18-də adıçəkilən barda  “Pfizer CoViD-19” peyvənd məntəqəsi fəaliyyətə başlayıb.

Bu addım mümkün qədər çox sakini vaksinasiyaya cəlb etmək və barın müştərilərini artırmaq məqsədilə atılıb.