İsraildə bir gündə 1641 nəfər pandemiyaya yoluxub

Məmmədzadə Zərintac 20/07/2020

İsraildə koronavirusa yoluxanlar artıb.

“Xəbərburo" xəbər verir ki, koronavirusa 1 641 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb və  6 nəfər ölüb.

Ümumilikdə ölkədə 29 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyənləşib.

Onlardan 22 060 nəfər müalicə olunaraq sağalıb, 415  dünyasını dəyişib.