İsraildə 1300 illik kilsə aşkar edildi

Leyla Aliyeva 28/07/2020

İsraildə Tabor dağının yaxınlığında yerləşən bir kənddə qazıntılar zamanı arxeoloqlar tərəfindən 1300 illik tarixə malik kilsə aşkar edilib.

"Xəbərbruro" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İsrailin Qədim Abidələr İdarəsi məlumat yayıb. 

"İsrail Qədim Abidələr İdarəsi tərəfindən tərəfindən Kinneret Akademik Kolleci ilə birlikdə Tabor dağının yaxınlığındakı bir kənddə aparılan qazıntılar zamanı mozaika döşəmələri ilə bəzədilmiş 1300 illik tarixə malik kilsə aşkar edilib",-deyə idarənin məlumatında bildirilib.

Kilsənin kənddə uşaq oyun meydançasının inşası üçün aparılan qazıntılar zamanı tapıldığı bildirilib.

Radiodalğalar vasitəsilə aparılan tədqiqat nəticəsində ətrafda bir sıra digər otaq və tikililərin olduğu müəyyən olunub. Tədqiqatçılar kilsənin böyük monastırın bir hissəsi olduğunu güman edir.