İspaniyada uşağa eyni vaxtda altı orqan köçürülüb

Esed Abasli 28/04/2020


İspaniyada uşağa altı orqanın köçürülməsi əməliyyatı həyata keçirilib.

Bu barədə “EuropaPress” xəbər yayıb.

Bildirilir ki, Barselonadan olan Viktorun adı üç il növbə siyahısında olub. Ana hamilə olarkən döldə olan problemlər barədə məlumatlanıb. Körpə doğulandan sonra da diaqnoz düz çıxıb, onun qarnının ön divarında anadangəlmə qüsur tapılıb.

Əməliyyatı gözlədiyi müddətdə uşaq parenteral qidalanmanı təmin edən aparata qoşulub. 

Mədə, qaraciyər, onikibarmaq bağırsaq, nazik bağırsaq, yoğun bağırsaq və mədəaltı vəzinin bir hissəsinin köçürülməsi əməliyyatı Madrid xəstəxanasında həyata keçirilib.

Uşağın vəziyyətinin yaxşı olduğu bildirilir.