İsmayıllıda yanğın başladı, helikopter qaldırıldı.

Aynur 29/08/2021

İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.


“XəbərBüro” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.


Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin bir ədəd helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub.


Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.


İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.