“İşlər azalmayıb, həkimlər istirahət etmirlər”

Leyla Aliyeva 03/08/2020

"Aktiv xəstələrin sayının azalmasından istifadə edərək əlavə tədbirlərə hazırlıq görülür".

"XəbərBuro" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib:

"Heç də işlər azalmayıb, həkimlər istirahət etmirlər. İndi fürsətdən yararlanaraq daha çox işləyirik ki, pandemiya ilə mübarizə davam edəcəksə, biz tam hazır olaq. Hər il payız-qış mövsümündə qrip və digər xəstəliklərin artımı diqqət çəkir. Biz COVID-19 ilə mübarizədə nə qədər qaydalara əməl etsək, digər xəstəliklər də o qədər azalar. Bunu digər ölkələrin statistikası da sübut edir".