İş yerini dəyişmək istəyən müəllimlərin sayı açıqlandı

Fəxriyyə Qüdrətli 06/06/2020

"Xəbərburo" "AzNews"ə istinad edərək xəbər verir ki, 10068 namizəd elektron qeydiyyatdan keçib.

İyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.

Müsabiqədə iştirak etmək üçün 10068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6871 nəfəri elektron ərizəsini təsdiq edib.

Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.