İraqda Yeni il şənliklərində özünü partlatmaq istəyən kamikadze tutuldu

Esed Abasli 26/12/2020

İraq təhlükəsizlik qüvvələri Yeni il şənliklərində Bağdadda özünü partlatmaq niyyətində olan ekstremisti həbs edib.

“Al-Sumaria” telekanalı bu barədə ölkənin Milli Təhlükəsizlik Agentliyinin məlumatına istinadla xəbər verib.

“Diyala və Salah-əd-Din əyalətlərində kəşfiyyat xidmətlərinin əməliyyat tədbirləri nəticəsində terror hücrəsini zərərsizləşdirmək və Bağdadda Yeni il tətilində özünü partlamağı planlaşdıran bir kamikadze də daxil olmaqla dörd nəfəri tutmaq mümkün olub”, - deyə məlumatda qeyd edilir. Şübhəlilər dindirilmə zamanı Milad və Yeni il bayramlarında paytaxtda sabitliyi pozmaq üçün təlimat aldıqlarını etiraf ediblər.