İranlı deputat öldü

Leyla Aliyeva 13/07/2020

İran parlamentinin deputatı İsa Cəfəri koronavirusdan dünyasını dəyişib.

“Xəbərburo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Milli Məclisinin mətbuat xidməti məlumat yayıb.

Cəfəri bu ilin fevralında keçirilən 11-ci çağırış parlament seçkilərində qalib gəlib və vəzifəsinə mayın sonunda başlayıb. Deputat Planlaşdırma və büdcə komitəsinin üzvü idi. O, 8-ci çağırışda (2008-2012) da millət vəkili olub.