İranda son sutkada 2501 nəfərdə koronavirus aşkarlanıb

Məmmədzadə Zərintac 14/08/2020

İranda son sutka daha 2 501 nəfərdə COVİD-19 aşkarlanıb, 169 nəfər ölüb. “XəbərBuro” xəbər  verir ki, bu haqda “worldometers.info” saytında məlumat bildirilib.

Ölkədə xəstələnənlərin sayı 338 825-ə, virus qurbanlarının sayı isə 19 331-ə yüksəlib.

İndiyə kimi 293 811 nəfər sağalıb. Ölkədə 25 683 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan 3 956-nın vəziyyəti ağırdır.