İranda pandemiyaya yoluxanların sayı 300 minə çatır

Məmmədzadə Zərintac 28/07/2020

İranda son sutkada COVİD-19-dan 235 nəfər ölüb.

“XəbərBuro" xəbər verir ki, bununla bağlı İranın Səhiyyə və Ailə Rifahı Nazirliyinin sözçüsü Sima Sədət Lari məlumat verib.

Onun dediklərinə görə, son 24 saatda koronavirusa yoluxanların sayı 2 667 nəfər artaraq 296 273 nəfər olub.

Pandemiyadan ölənlərin ümumi sayı 16 147 nəfərə yüksəlib və 257 039 pasiyent sağalıb.