İranda koronavirusa yoluxanların sayı 171 mini ötdü

Esed Abasli 07/06/2020

İranda bir gündə 2364 nəfər koronavirusa yoluxub, 72 nəfər dünyasını dəyişib.

“XəbərBuro” “İRİNN” telekanalına istinadən xəbər verir ki, bununla da ölkədə Covid-19-a yoluxanların sayı 171 min 789 nəfərə çatıb. 8291 nəfər isə pandemiyanın qurbanı olub.

134 min 349 nəfər xəstəliyə qalib gəlib.