İranda karantin rejimi yenidən sərtləşdirilir

Röya Vahabova 28/06/2020

İranda karantin rejimi yenidən sərtləşdirilir.

"Xəbərburo" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Həsən Ruhani bəyan edib.

Hökumət üzvlərinin iştirakı ilə keçirilən toplantıda alınan qərara əsasən, bu müddətdə tibbi maskadan istifadə məcburi olacaq.

Buna isə tətbiq olunan karantin rejiminin yumşaldılmasından sonra koronavirusun geniş yayılması və ölənlərin sayının artması səbəb olub.