İranda daha 139 nəfər koronavirusdan dünyasını dəyişdi

Leyla Aliyeva 06/09/2020

İranda son sutka ərzində daha 139 nəfər koronavirusdan dünyasını dəyişib.

"XəbərBuro" xəbər verir ki, bununla da ölkədə Covid-19 qurbanlarının sayı 22 293 nəfərə çatıb.

İranda ötən 24 saat ərzində 1 992 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların ümumi sayı 386 658 nəfərə yüksəlib. Ölkədə indiyədək 333 900 nəfər koronavirusdan sağalıb.