İranda 208 nəfər pandemiyadan ölüb

Məmmədzadə Zərintac 02/08/2020

İranda koronavirusdan ölənlərin sayı daha 208 nəfər artaraq 17 190-a yüksəlib.

“XəbərBuro"  xəbər verir ki, İranın Səhiyyə nazirinin sözçüsü Sima Sədat Lari dövlət televiziyasına açıqlamasında 2685 nəfərdə isə virus tapıldığını söyləyib.  Ölkədə ümumi yoluxma sayı 309 437 nəfər olub.

Virusa yoluxanlardan 4089 pasiyentin vəziyyətinin ağır olduğunu deyən Lari sağalanların sayının 268 102-yə yüksəldiyini vurğulayıb.