İqtisadiyyata 40 milyon dollar investisiya qoyulacaq - Memorandum

16/12/2021

"Qardaş Türkiyənin “Demirören” Holdinqi ilə əczaçılıq məhsullarının istehsalı və satışına dair Anlaşma Memorandumu imzaladıq. İqtisadiyyatımıza 40 milyon dollar investisiya yatırımını təmin edəcək layihə çərçivəsində qabaqcıl təcrübələrin tətbiqi və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm nəticələr əldə edəcəyik".

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Facebook səhifəsində yazıb.