İnsan alverinə qarşı mübarizə ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib

Məmmədzadə Zərintac 22/07/2020

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə ilə əlaqədar 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi barəsində sərəncam imzalayıb. 

“XəbərBuro" xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabinetinə bununla bağlı aşağıdakı işləri görmək həvalə olunub:

2.1. bu Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həmin Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin aidiyyəti dövlət qurumları ilə birlikdə həyata keçirilməsini əlaqələndirsin.