“İnkişaf”

Esed Abasli 27/05/2022

“İnkişaf” mövzusunda 8-ci Gənclər Məclisi keçirilib

"XəbərBüro" bildirir ki,26 may IB Club Gənclərin İnkişaf Mərkəzinin təşkilatçılığı, Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərəfdaşlığı ilə 8-ci dəfə "Gənclər Məclisi - İnkişaf" layihəsi həyata keçirilib.

"IB Gənclər Məclisi" uğurlu, fərqli, yenilikçi gənclərin və gənc ruhlu şəxslərin bacarıqlarını, dünyagörüşlərini, biliklərini və kəşflərini bölüşə biləcəyi tək məclisdir.

Tədbirin açılışında IB Club Gənclərin İnkişaf Mərkəzinin direktoru Ümüd Orucov və Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev spikerləri və layihə iştirakçılarını salamlayıblar. Bakı Dövlət Universitetində 300 gəncin ödənişsiz iştirak etdiyi layihədə psixoloq Fidan Nizamova “Məqsədlər və arzular”, Avroviziya təmsilçisi Nadir Rüstəmli “Avroviziyaya gedən yol”, İctimaiyyətlə Əlaqələr üzrə Menecer Sərxan Rüstəmov “Kitabların şəxsi inkişafımızda rolu” mövzularında təcrübələrini gənclərlə bölüşüblər.

Sonda iştirakçılar və spikerlər xatirə fotosu çəkdiriblər.