İngiltərədə covid-19-a dair təcrid qaydalarını pozanlar cəzalandırıldı

Məmmədzadə Zərintac 20/09/2020


İngiltərədə koronavirus testi müsbət çıxmış şəxslərin təcrid qaydalarını pozması onlar üçün yaxşı olmayacaq.

"XəbərBuro" xəbər verir ki, bu haqda “Haber Global” məlumat yayıb.

Avropada virusa sürətli yoluxma fonunda bir sıra ölkələr sərt tədbirlərə getməyə məcbur olublar. İngiltərə də bu tədbirlər çərçivəsində təcrid rejimini üst-üstə pozan şəxslərə 10 min funt-sterlinqə (təxminən 22 000 AZN – red.) qədər cərimələr tətbiq edəcək.

Qaydaları ilk dəfə pozanlar 1000 funt-sterlinq, təkrar edənlər isə daha çox məbləğdə cəzalandırılacaqlar.

Əgər bu şəxslər az gəlirli qruplara aiddirlərsə, o zaman ilk dəfə üçün dövlətin 500 funt-sterlinqlik yardım paketindən yararlana biləcəklər.